Flaren.net - Pulsuz yüklənələr duddud.com Zengimcell.info - Azərcell Zəngimcell
Логин:  
Пароль:
Gözəllik Kulinariya Pəhriz və İdman Moda Münasibətlər Analıq Karyera/İş Ev/Yaşam FƏALİYYƏT/Hobbi Ulduzlar
Naviqasiya
TOP istifadəçilər
  • TOP müəllif
  • TOP şərhçi
  • Online
Yasemen

Xəbər sayı: 964
Hatira

Xəbər sayı: 792
Nigar

Xəbər sayı: 360
Ayla

Xəbər sayı: 360
Kamilla

Xəbər sayı: 110
ayten

Xəbər sayı: 54
admin

Xəbər sayı: 17
Love Story

Şərh sayı: 119
Lolla
Qula bəla gəlməz Haqq yazmayınca,Haqq bəla yazmaz qul azmayınca.
Şərh sayı: 83
alsarne_FdOtfs

Şərh sayı: 60
Nara

Şərh sayı: 59
aska

Şərh sayı: 39
eliyeva ayan

Şərh sayı: 39
Yasemen

Şərh sayı: 38
tezliklə hazır olacaq
Səs vermə
Saytımızı bəyənirsiniz?
Bəli, çox gözəldi
Normal
Bəyənmədim
 

TOP xəbərlər
Dost saytlar

Narın faydaları

18.10.13 | Müəllif: Yasemen | Bölmə: Faydalı məsləhətlər | Baxış: 773

Narın faydaları


Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur.

Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.

Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir. Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.

Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar. Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.

Narın başqa bilmədiyimiz faydaları…

- Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.
- Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
- Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.
- Damarlarda yaranan tıxanıqlıqda faydalıdır. İnsanlar üzərində aparılan araşdırmada 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi artıran səbəbləri 36 faiz azaltdığı bəlli olub.
- Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir.
- Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidanlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.
- Nar bədəni və qəlbi qüvvətləndirir.
- Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır.
- Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.
- Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmindən istifadə məsləhət görülür.
- Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyudur..
- Ən çox mədə-bağırsaq xəstəlikləri zamani istifadə edilir, nar boğaz, sinə, ağ ciyərlər üçün önəmlidir, öskürəkdən şikayəti olanlar ondan istifadə edə bilərlər.
- Nar meyvəsinin suyu bağırsaqları yumşaldır.
- Mədə iltihabına qarşı çox faydalıdır.İshalı saxlayır və ürəkbulanmanı aradan qaldırır.
- Nar suyu orqanları gücləndirici xarakterə malikdir.
- Diş ətinin iltihabı zamanı bir də diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür.
- Hər il narın 3 ədəd çiçəyindən yeyən göz ağrısından qorunmuş olar deyiblər…
- Bir ədəd narın suyu yaşıl çaya nisbətən 3 qat daha güclü antioksidanta malikdir.
- Nar suyu qan yaradıcı, təzyiq salıcı, enerji verici xassəyə də malikdir.




/xumaragayeva.wordpress/
(Səs:1)

Açar sözlər: nar qəzəli, nardaşa, narşərab, faydalı məsləhətlər, vitamin deposu, mədə-bağırsaq xəstəlikləri, boğaz, sinə, ağ ciyərlər, turş nar, nar suyu, Narın tərkibi, kalium, dəmir, kalsium, fosfor, minerallar, C və B1, vitamin B2, hipertoniya xəstəliyi


Sosial şəbəkələrdə paylaş
oxşar xəbərlər:
Narın faydaları >> Xəbərə şərh bildir
Məlumat
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz şərh yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Aygün İsmayılova Miyak
Aygün İsmayılova Miyak
Şəmkirli gənc Türkiyəni coşdurdu
Şəmkirli gənc Türkiyəni coşdurdu...
Sami Yusuf -
Sami Yusuf - "Sari Gelin"
SAMIRA BAYRAMOVA...
SAMIRA BAYRAMOVA...
Məşhurlar toy şəkillərini jurnalistlərə 2 milyon dollara satıblar.
Ancelina Coli ilə Bred Pitt toy şəkillərini jurnalistlərə 2 milyon dollara satıblar.
Türk ulduzlarının uşaqlıq və indiki fotoları
Müasir dəbdə Azərbaycan cazibəsi
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Miss Türkiyə 2014
Ötən gün “Miss Türkiyə - 2014” gözəllik yarışına yekun vurulub.
“Miss Globe Azerbaijan ” bəlli oldu – FOTOLAR
"Miss Globe International" beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli bəlli olub
540 qramlıq körpə sağ qaldı
Həkimlər erkən doğum səbəbiylə bədəni tam inkişaf etməyən körpəni bu örtüyə qoyaraq ana qarınına bənzər şərtlərdə mühit meydana gətirməyi
Azərbaycan “Eurovision-2014” finalında
Azərbaycan “Eurovision-2014” finalında
Bağla


Zəriflər.com © 2013. Powered by Zəriflər.com


eXTReMe Tracker