Flaren.net - Pulsuz yüklənələr duddud.com Zengimcell.info - Azərcell Zəngimcell
Логин:  
Пароль:
Gözəllik Kulinariya Pəhriz və İdman Moda Münasibətlər Analıq Karyera/İş Ev/Yaşam FƏALİYYƏT/Hobbi Ulduzlar
Naviqasiya
TOP istifadəçilər
  • TOP müəllif
  • TOP şərhçi
  • Online
Yasemen

Xəbər sayı: 964
Hatira

Xəbər sayı: 797
Ayla

Xəbər sayı: 362
Nigar

Xəbər sayı: 360
Kamilla

Xəbər sayı: 110
ayten

Xəbər sayı: 54
admin

Xəbər sayı: 17
Love Story

Şərh sayı: 119
alsarne_FdOtfs

Şərh sayı: 92
Lolla
Qula bəla gəlməz Haqq yazmayınca,Haqq bəla yazmaz qul azmayınca.
Şərh sayı: 83
Nara

Şərh sayı: 59
aska

Şərh sayı: 39
eliyeva ayan

Şərh sayı: 39
Yasemen

Şərh sayı: 38
tezliklə hazır olacaq
Səs vermə
Saytımızı bəyənirsiniz?
Bəli, çox gözəldi
Normal
Bəyənmədim
 

TOP xəbərlər
Dost saytlar

SEVGİ ŞEiRLƏRİ

31.07.13 | Müəllif: Yasemen | Bölmə: Ədəbiyyat | Baxış: 1810

SEVGİ ŞEiRLƏRİ


İKİMİZİN YERİNƏ

Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevirəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...

Nüsret Kesemenli
__________________







SEVGİ ŞEiRLƏRİ

GETMEK ISTEYIRSEN, BEHANESIZ GET

Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, barı.

Sen deniz qoynuna tullanmis cicek,
ustune dalgalar atilacaqdir.
Saxta mehebbetin saxta sened tek
ne vaxtsa ustunde tutulacaqdir.

Demirem, sen uca bir dagsan, eyil
demirem, elacim qalibdir sene.
Ne sende mehebbet qara pul deyil,
ne men dilenciyem, el acim sene.

Dosenim yollar tek ayaqlarina,
sene yalvarim men, bu mumkun deyil.
Qoymaram qelbim tek vuqarim sina,
alcalib yasamaq omur-gun deyil.

Getmek isteyirsen, o yol, o da sen,
bir cut goz baxacaq arxanca senin.
Getdinmi, geriye donmek istesen,
tikanli yastiga donecek yerin.

Getmek isteyirsen ne danis ne din
Yox ol uzaglartek dumanda cende
Neyimi sevmisdin deye bilmedin
Indise yuz eyib gorursen mende

Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari.

Nüsret Kesemenli
__________________








SEVGİ ŞEiRLƏRİ


MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI

Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!

Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!


Nüsret Kesemenli
__________________



MƏNİMLƏ GÖRÜŞ

Bir uca Arzu, bir qırıq qanad
Ürəyim zirvənə nə vaxt çatacaq?!
Bir kədərə inad bir bəxtə inad
Yol olub bəxtimin içindən ötüş
Görüş sevgilim, mənimlə görüş...
(Səs:7)

Açar sözlər: sevgi seirleri, ikimizin yerinə, ikimizin yerinə nüsrət kəsəmənli, MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI, nüsrət kəsəmənli, məhəbbət şerləri, sevgi, sevgi şerləri, sevgiyə aid şerlər, məhəbbətə aid şerlər, sevgi, sevmək, arzu, istək, unudum gərək


Sosial şəbəkələrdə paylaş
oxşar xəbərlər:
SEVGİ ŞEiRLƏRİ >> Xəbərə şərh bildir
Məlumat
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz şərh yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Aygün İsmayılova Miyak
Aygün İsmayılova Miyak
Şəmkirli gənc Türkiyəni coşdurdu
Şəmkirli gənc Türkiyəni coşdurdu...
Sami Yusuf -
Sami Yusuf - "Sari Gelin"
SAMIRA BAYRAMOVA...
SAMIRA BAYRAMOVA...
Məşhurlar toy şəkillərini jurnalistlərə 2 milyon dollara satıblar.
Ancelina Coli ilə Bred Pitt toy şəkillərini jurnalistlərə 2 milyon dollara satıblar.
Türk ulduzlarının uşaqlıq və indiki fotoları
Yaşlı cütlük
Müasir dəbdə Azərbaycan cazibəsi
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Miss Türkiyə 2014
Ötən gün “Miss Türkiyə - 2014” gözəllik yarışına yekun vurulub.
“Miss Globe Azerbaijan ” bəlli oldu – FOTOLAR
"Miss Globe International" beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli bəlli olub
540 qramlıq körpə sağ qaldı
Həkimlər erkən doğum səbəbiylə bədəni tam inkişaf etməyən körpəni bu örtüyə qoyaraq ana qarınına bənzər şərtlərdə mühit meydana gətirməyi
Bağla


Zəriflər.com © 2013. Powered by Zəriflər.com


eXTReMe Tracker